Press "Enter" to skip to content

Mehteran Birliyinin ifasında Türkiyə-Azərbaycan qardaşlığına aid musiqilər – VİDEO

Bayraqdar.info – Noyabrın 6-da N hərbi hissəsində Zəfər Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin hərbi hissənin ərazisindəki abidəsi ziyarət olunub, önünə əklil və gül dəstələri qoyulub. Ümummilli liderin və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Xəbər bayraqdar.info-ya Müdafiə Nairliyindən verilib.

“Müdafiə Nazirliyi və ictimaiyyət nümayəndələrinin, şəhid ailələrinin, qazilərin, hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi mərasimdə Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, qəhrəman oğulların göstərdiyi şücaətdən danışılıb. Bildirilib ki, döyüşlər zamanı Azərbaycan Ordusu qüdrətini, Azərbaycan əsgəri gücünü bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsi ilə haqq-ədalət bərpa edildi, xalqın otuz ilə yaxın həsrətinə son qoydu.

“Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Nazirliyin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

“Sonra hərbi hissənin şəhid hərbi qulluqçularının əziz xatirəsinə salınmış memorial kompleksin açılışı baş tutub.

“Mərasimin bədii hissəsində ölkədə səfərdə olan Türkiyə Milli Müdafiə Nazirliyinin Mehteran Birliyinin ifasında Türkiyə-Azərbaycan qardaşlığını və vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.