Bayraqdar.info – Los Anceles (Kaliforniya Ştatı) Bələdiyyə Şurasının korrupsiyası 7 min milə qədər uzanır. Bu, Nurit Grincer (Greenger) adlı yazarın noyabrın 6-da NewsBlaze-də dərc edilmiş yazısının başlığıdır. Birbaşa Azərbaycana aid olduğu üçün yazı bizim də diqqətimizi çəkdi və düşündük ki, tam olmasa da bəzi kəsimlərini oxucularımıza təqdim edək.
“Los Anceles Bələdiyyə Şurasının üzvləri korrupsiyaya qurşanmış, kasıblıq səbəbkarı olan, dövlət cinayətinə, uyuşdurucu işinə bulaşmış və açıq oğru kadrlardır. Bütün bu əməllər şəhərdə və ondan kənarda artmaqdadır. Üstəlik, artdıqca artan yerli problemlərin fonunda LA Şəhər Bələdiyyəsinin bəzi üzvləri xarici hökumət – Ermənistanla işbirliyi üçün vaxt da tapır və onun vəhşi cinayətlərinə rəğbət sərgiləyir.”
“Ötən bir neçə il ərzində LA Bələdiyyə Şurasının üzvləri rüşvət və korrupsiyada ittiham edilib; iki il ərzində indiki və keçmiş Şura üzvlərinə qarşı 3 ittiham olub.”
“Statistika göstərir ki, şəhərin hər bir park və küncünə sığınan 66 min evsiz insan var. Bu isə artan depressiya fenomenidir. Lakin LA Bələdiyyə Şurasının üzvləri Qafqazlardakı pis örnək olan Ermənistanı dəstəkləməyə vaxt tapır. O region isə LA Şəhər Şurasından 7 min mil uzaqda – Avropa və Asiyanın kəsişməsində yerləşir.”
LA Bələdiyyə Şurası Ermənistanı niyə dəstəkləyir?
“Sual edilməlidir: Nə üçün LA Bələdiyyə Şurasının üzvləri Ermənistanı dəstəkləyir?”
“Hər şeydən əvvəl, Ermənistanın şöhrəti onun qonşu Azərbaycana qarşı dəhşətli cinayətlərindən qaynaqlanır. Yaxşı bəllidir ki, bir çox ermənilər 2-ci Dünya Savaşı zamanı Nasist rejiminə dəstək verib. Və günümüzdə də Nasist işbirlikçiləri Ermənistanda milli qəhrəman kimi qəbul edilir, onların adına bu ölkədə nəhəng abidələr ucaldılıb. Bu isə yəhudilərə münasibətdə hörmətsizlik faktıdır. Lakin LA Bələdiyyə Şurasının yəhudi üzvləri bunu görməzlikdən gəlirlər.”
Yazıda daha sonra sual edilir ki, niyə LA Bələdiyyə Şurasının üzvləri erməni lobbisinin əsiridir? Bəlkə ermənilər onların siyasi kampaniyalarına dəstək verir? Deyilənlərə görə, bu, doğrudan da belədir.
Bundan sonra müəllif Miç O`Farrel adlı Şura üzvünün “artsax respublikası”nın “dövlət naziri” Artak Begləryanla görüşü haqqında sosial media paylaşımına toxunur. Ardınca da izah edir ki, “artsax” ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə münasibətdə işlətdiyi addır. Bu torpağı Ermənistan 30 ilə yaxın öz işğalı altında tutub. Bu işğala isə 2020-ci ildə 44 günlük savaşla son verilib. Torpağın hüquqi sahibi Azərbaycan oranı işğaldan azad edib.
“Artsax” dünya ictimaiyyəti tərəfindən tanınmır. Çünki ora Azərbaycanın torpağı kimi beynəlxalq səviyyədə qəbul edilib. M.O`Farrel isə, müəllifə görə, hətta ABŞ-ın da “artsax”ı tanımamasına baxmayaraq bu faktı inkar edir. Həm də mövcud olmayan bir “dövlət”in “nazir”i A.Beglaryanı qəbul edir…
Müəllif qeyd edir ki, M.O`Farrelin davranışları və mövcud olmayan “artsax respublikası”na dəstəyi ABŞ siyasəti ilə ziddiyyət təşkil edir. Çünki “ABŞ “artsax”ı suveren ölkə kimi tanımayan çoxsaylı ölkələrdən biridir və oranı Azərbaycanın torpağı kimi tanıyır”. Ona görə də Şura üzvünün qonağı “mövcud olmayan “artsax”ın saxta “nazir”idir”.
Müəllif yazısında Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin məsələyə münasibətinə də yer verir. O, konsulun bununla bağlı sosial media paylaşımından sitatı yazısına əlavə edir.
The same question goes to @PaulKoretzCD5, @kdeleon, @nithyavraman. Did you discuss #Armenia’s internationally condemned crimes? Or the continued election campaign support from Armenian special interests in LA was the number 1 issue of the meeting?
— Nasimi Aghayev🇦🇿 (@NasimiAghayev) November 2, 2021
Sonda N.Grincer Kaliforniya sakinlərini gerçəkləri öyrənib öz Şura üzvlərini sorğulamağa və onların Ermənistanın cinayətlərinə ortaq olmalarına diqqət yetirməyə çağırır.