Press "Enter" to skip to content

İlham Əliyev və Mehriban Əliyeva Şuşada

Son yeniləmə: 7 Noyabr 2021 17:39

Bayraqdar.info – Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər.

Məlumatı noyabrın 7-də Prezidentin Mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, dövlət başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər.

“Daha sonra Prezident və birinci xanım Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya Yayım Qülləsinin, Şuşa Şəhər Xəstəxanasının təməllərini qoyublar.

“Dövlət başçısı İ.Əliyev və birinci xanım M.Əliyeva H.Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar.

“Sonra ölkə rəhbəri və birinci xanım VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə görüşüb, söhbət edib və Cıdır düzündə olublar”, – deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.