Bayraqdar.info – Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Cümhuriyyətinin İzmir şəhərində keçirilən “Efes-2022” beynəlxalq təliminin planlama konfransında iştirak edib.
Məlumat bayraqdar.info-ya Müdafiə Nazirliyindən daxil olub.
“Beynəlxalq təlimdə iştirak edəcək ölkələrin nümayəndə heyətləri ilə keçirilən konfransda təlimə hazırlıq məsələləri və icra olunacaq tapşırıqlar müzakirə olunub.
““Efes-2022” beynəlxalq təliminin qərargahların kompüter dəstəkli və bölmələrin döyüş atışlı taktiki təlimlərindən ibarət iki mərhələdə keçirilməsi planlaşdırılır.” Məlumatda belə deyilir.