Press "Enter" to skip to content

“Aselsan”dan “Gələcəyi bu gün dizayn edək” seminarı

Bayraqdar.info – Son illər müdafiə sənayesi sahəsində uğurlar əldə edən Türkiyə bu istiqamətdə davamlı addımlar atır. Bu sırada isə Türkiyənin müdafiə sənayesinin qabaqcıl müəssisələrindən olan “Aselsan” xüsusilə fərqlənir.

Bu yaxınlarda “Aselsan” tərəfindən təşkil edilən seminarda da bu məqam bir daha vurğulanıb.

Şirkətdən verilən məlumat görə, “Gələcəyi bu gün dizayn edək” mövzusunda keçirilən seminarda Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir çıxış edib.

O, çıxışında təhlükəsizlik qüvvələrinin cari ehtiyaclarına əlavə olaraq gələcəyin döyüş mühitlərinə hazır olmaq üçün uzun müddətdir çalışdıqlarını söyləyib.

Komitə sədri ehtiyacın müəyyən edilməsi prosesində verdikləri dəstəkdən əlavə istehsal prosesinin sürətlənməsi üçün də addımlar atdıqlarını deyib: “Həyata keçirdiyimiz layihələrdə diqqət yetirdiyimiz məsələlərdən biri də əməliyyat sahəsində olmuş istifadəçidən rəy alaraq davamlı təkmilləşməni təmin etmək və məhsulu mövcud texnologiya məhdudiyyətləri çərçivəsində inventardan çıxarılana qədər, tələblərə cavab verəcək şəkildə dizayn etmək üçün göstərdiyimiz səy və həssaslıqdır”.

İsmail Demir Cümhurbaşqanı Recep Tayyip Erdoğanın da müdafiə sənayesində dövlət-özəl balansına tez-tez nəzər yetirdiyini deyib: “Sənayemizin bu gün gəldiyi nöqtə fərqli bir prosesin başlanmasını, daha doğrusu, uzun müddətdir ki, həyata keçirməyə çalışdığımız işin bütün aspektlərdən həyata keçirilməsini tələb edir”.

Bu sahədə çalışan şirkətlərin strateji və orta-uzunmüddətli biznesə diqqət yetirməli olduğu vurğuıanıb: “Bütün fond şirkətlərimizin bu məsələyə önəm verdiyini bilirik, lakin biz bu məsələyə verdiyimiz əhəmiyyəti daha da gücləndirməli, göstərməli və dərinləşdirməliyik.”

Mission News Theme by Compete Themes.