Press "Enter" to skip to content

Zəfər Gününə həsr edilmiş poçt markası möhür vasitəsilə “söndürüldü”

Bayraqdar.info – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində qazilərin və şəhid ailələri üzvlərinin iştirakı ilə 8 noyabr – Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.

Məlumat bayraqdar.info-ya noyabrın 6-da Nazirlikdən daxil olub.

Əvvəlcə ərazi bütövlüyünün təmin olunması yolunda canlarını fəda etmiş şəhidlər bir dəqiqəlik sükutla yad edilib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“O bildirib ki, müharibədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və qurumlarının da 210 əməkdaşı iştirak edib. Onlardan 6 nəfər şəhidlik zirvəsinə ucalıb. Müharibədə ailə üzvlərini itirən əməkdaşlar var.

““Bu gün Vətən müharibəsində canından keçmiş şəhid ailələrini və qaziləri diqqətdə saxlamaq borcumuzdur. Bu baxımdan onlarla mütəmadi görüşlər keçirilir, qazilərimizin reabilitasiyası və onların sosial məsələlərinin həllinə yaxından dəstək göstərilir”, – deyə nazir bildirib.

“O qeyd edib ki, işğaldan azad olunmuş torpaqlarda infrastruktur qurulur. Qarabağa həyat yenidən qayıdır, bu prosesdə nazirlik də mühüm rol oynayır. İşğaldan azad olunmuş ərazilərdə nəqliyyat və telekommunikasiya infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atılır.

“Daha sonra Vətən müharibəsinə həsr edilmiş qısa film nümayiş etdirilib.

“Tədbirin davamında “Azərpoçt” MMC-nin əməkdaşı olmuş şəhid Rəşad Rəhimovun atası İlqar Rəhimov ürək sözlərini deyib.

““Azərkosmos”un müharibə iştirakçısı olmuş əməkdaşı Fail Hacıyev və “Zəfər” İctimai Birliyinin sədri Sevinc Orucova çıxış edərək hər günü şanlı tarix olan Vətən müharibəsi və böyük zəfər barədə fikirlərini bölüşüblər.

“Tədbirdə Vətən müharibəsi zamanı döyüş bölgələrində fədakarlıq göstərmiş rabitəçilər təşəkkürnamələrlə təltif edilib.

“Sonda şəhid ailələrinin üzvləri Zəfər Gününə həsr edilmiş poçt markasının möhür vasitəsilə “söndürülməsi” prosedurunu həyata keçirib.” Məlumatda belə deyilir.

Mission News Theme by Compete Themes.