Press "Enter" to skip to content

Prokurorluq əməkdaşları “Zəfər” Yarmarkasında

Bayraqdar.info – Noyabrın 6-da Baş Prokurorluğun əməkdaşları Dənizkənarı Milli Parkda Vətən müharibəsində qazanılan qələbəyə həsr olunan “YAŞAT” Fondunun “Zəfər” Yarmarkasına səfəri baş tutub.

Xəbər noyabrın 6-da bayraqdar.info-ya Baş Prokurorluqdan daxil olub.

“Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda təşkil edilmiş Yarmarkada prokurorluq əməkdaşları Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda gedən döyüşlərdə istifadə olunmuş hərbi texnikalar, Müdafiə Nazirliyinin təqdim etdiyi çadırlarda təqdim olunan müxtəlif silah-sursat nümunələri, hərbi geyim və hərbçilərin qida təminatı ilə yaxından tanış olublar.
Daha sonra prokurorluq əməkdaşları “#ZəfərArzuları” guşəsində öz arzularını lövhəyə yazıblar.

“29 oktyabr – 9 noyabr tarixini əhatə edəcək Yarmarka prokurorluq əməkdaşlarının böyük marağına səbəb olub.

“Sonda xatirə fotoşəkli çəkdirilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.