Press "Enter" to skip to content

Naxçıvan Qarnizonunun kursantları yarışdı – VİDEO

Son yeniləmə: 6 Noyabr 2021 18:36

Bayraqdar.info – Naxçıvan Qarnizonu Qoşunlarında 8 Noyabr Zəfər Günü Təlim-Tədris Mərkəzlərində, Heydər Əliyev adına Hərbi Liseydə, Naxçıvan Qarnizonunun tam orta məktəbində və uşaq bağçalarında keçirilib.

Xəbər bayraqdar.info-ya Müdafiə Nazirliyindən verilib.

Şəhidlərin əziz xatirəsinin yad edildiyi və Dövlət Himninin səsləndirildiyi tədbirlərdə çıxış edənlər 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən danışıb, müharibə iştirakçıları öz döyüş xatirələrini bölüşüblər.

“H.Əliyev adına Hərbi Liseydə keçirilən viktorinada kursantlar böyük həvəslə iştirak edərək birinci olmaq üçün yarışıb və viktorinanın sonunda qalib komandalar mükafatlandırılıb.

“Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri qələbəyə aparan yolu özündə əks etdirən səhnəcikləri canlandırıb və ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

“Qarnizonun “Nərgiz” və “Bənövşə” uşaq bağçalarında keçirilən tədbirlərdə hərbi şəhərciklərin ərazisində yürüş olub və balaca fidanlar öz bacarıqlarını nümayiş etdiriblər”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.