Press "Enter" to skip to content

“Muzeylərimizi tanıyaq və tanıtdıraq” interaktiv ekskursiya başlayır

Son yeniləmə: 6 Noyabr 2021 18:24

Bayraqdar.info – Noyabrın 6-da Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Muzeylərimizi tanıyaq və tanıtdıraq” adlı interaktiv ekskursiya layihəsi işə başlayıb.

Xəbər bayraqdar.info-ya noyabrın 6-da Təhsil Nazirlyindən verilib.

“Ekskursiyalarda rayon və kəndlərdən olan şəhid və qazi övladları, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, az təminatlı ailələrin övladları, internatdan olan məktəblilər iştirak edir.

“Layihənin məqsədi məktəblilərin asudə vaxtını səmərəli təşkil etmək, həmçinin onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdır. Məktəbliləri muzeylərin kolleksiya fondu ilə tanış etmək, şagirdlərə ölkənin qədim tarixi, milli-mənəvi dəyərləri barədə daha ətraflı məlumat vermək də əsas məqsədlərdəndir.

“İnteraktiv ekskursiyalar Heydər Əliyev Mərkəzinə, Azərbaycan Milli İncəsənət Muzeyinə, Hərbi Qənimətlər Parkına, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə, Azərbaycan Xalça Muzeyinə, “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğuna, Qobustan Milli-Tarix Bədii Qoruğuna, Suraxanı Gəmi Muzeyinə və Yarat Müasir İncəsənət Mərkəzinə təşkil olunur.

“Noyabrın 6-7 -də təşkil olunan bir günlük ekskursiyada Abşeron, Cəlilabad, iki günlük ekskursiyada isə Ağstafa, Balakən, Gəncə, Goranboy, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Zaqatala rayonlarının məktəbliləri iştirak edir.

“”Muzeylərimizi tanıyaq və tanıtdıraq” adlı interaktiv ekskursiya layihəsinin icrası cari ilin noyabr-dekabr aylarının şənbə-bazar günləri davam etdiriləcək. Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.