Bayraqdar.info – Noyabrın 5-də Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min arasında görüş keçirilib.
Bu barədə bayraqdar.info-ya noyabrın 6-da Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında Müqavilə” ilə əlaqədar ratifikasiya sənədlərinin mübadiləsi həyata keçirilib və müvafiq Protokol imzalanıb.