Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanl Ersin Tatar noyabrın 5-də Ulusal Birlik Partiyasının genel başqanı Dr. Faiz Sucuoğlunu qəbul edib. Qəbul zamanı F.Sucuoğlunun baş nazir olacağı yeni (UBP-DP) koalisiya hökumətinin tərkibi Cümhurbaşqanına təqdim edilib.
Bu barədə bayraqdar.info-ya KKTC Cümhurbaşqanlığından məlumat verilib.
Bildirilib ki, E.Tatar Ulusal Birlik Partiyası ilə Demokrat Partiyasının formalaşdırdığı yeni hökumət kabinetini təsdiqləyib.
Baş nazirlik də daxil olmaqla yeni kabinetdə 9 yer UBP-də, 2 yer isə DP-dədir. UBP sədri və Lefkoşa millət vəkili Faiz Sucuoğlunun rəhbərliyi ilə formalaşan hökumətdə iqtisadiyyat və enerji naziri Sunat Atun (UBP), xarici işlər naziri Tahsin Ertuğruloğlu (UBP), daxili işlər naziri Kutlu Evren (UBP), maliyyə naziri Dursun Oğuz (UBP), milli təhsil və mədəniyyət naziri Olgun Amcaoğlu (UBP), kənd təsərrüfati və təbii sərvətlər naziri Nazım Çavuşoğlu (UBP), ictimai işlər və nəqliyyat naziri Resmiye Canaltay (UBP), səhiyyə naziri Ali Pilli (UBP) ), turizm və ətraf mühit naziri (həm də baş nazirin müavini) Fikri Ataoğlu (DP), əmək və sosial müdafiə naziri Koral Çağman (DP) olacaq.
Keçmiş baş nazir Ersan Sanerin rəhbərlik etdiyi 24-cü hökumət kabinetindən cəmi iki adın dəyişdirildiyi bəlli olub. Nazir dəyişikliyi əvvəlki hökumətdə YDP-də olan Səhiyyə Nazirliyi və Iqtisadiyyat və Energetika Nazirliyində olub. Səhiyyə naziri postuna Ünal Üstelin yerinə Ali Pilli, iqtisadiyyat və enerji naziri postuna isə Erhan Arıklının yerinə Sunat Atun təyin edilib.
Əvvəlki hökumətlərdə turizm naziri, səhiyyə naziri, əmək və sosial müdafiə naziri vəzifələrində çalışmış UBP sədri Faiz Sucuoğlu ilk dəfə baş nazir kürsüsünə oturacaq.
Bu arada verilən məlumata görə, baş nazir Faiz Sucuoğlu Cümhurbaşqanı ilə görüşdən sonra hökumət binasına gəlib və burada yeni hökumətdə təmsil olunacaq nazirlərlə görüşərək, toplantı keçirib.
Toplantıdan öncə mətbuata açıqıama verən F.Sucuoğlu nazirlərlə ilkin görüş keçirəcəyini və bazar ertəsi TBMM-də oxunacaq hökumət proqramını müzakirə edəcəklərini bildirib: “Ümid edirəm ki, növbədənkənar seçkilərdən sonra yolumuza daha güclü şəkildə davam edəcəyik”.
Beləliklə, noyabrın 8-də parlament yeni hökumət proqramını və yeni hökuməti təsdiq edərsə bu, KKTC-nin elanından sonra qurulacaq 25-ci hökumət, F.Sucuoğlu isə 15-ci baş nazir kimi tarixə düşəcək. Qeyd edək ki, bundan öncə CTP-dən 6, DP-dən 1 nəfər baş nazir kürsüsündə əyləşdiyi halda, Faiz Sucuoğlu UBP-ni təmsil edən 8-ci baş nazir olub.
60 yaşlı F.Sucuoğlunun sədrlik etdiyi yeni kabinetdə ən gənc şəxs 48 yaşlı iqtisadiyyat və enerji naziri Sunat Atun, ən yaşlı isə 68 yaşlı xarici işlər naziri Tahsin Ertuğruloğludur. Yeni kabinetdə yeganə qadın isə ictimai işlər və nəqliyyat naziri Resmiye Canaltaydır. Xatırladaq ki, R.Canaltay KKTC-nin üçüncü Cümhurbaşqanı və UBP-nin fəxri sədri Derviş Eroölunun qızıdır.
Yeri gəlmişkən, ehtimal edilir ki, hazırda parlamentdə 23 mandata sahib UBP-DP kolasiyası YDP və bitərəf millət vəkillərinin də dəstəyini alacaq. Xatırladaq ki, KKTC parlamenti 50 millət vəkilindən ibarətdir. Ersin Tatarın Cümhurbaşqanı seçilməsindən sonra sayı millət vəkili 49-a enən Cümhuriyyət Məclisində hazırda UBP-dən 20, CTP-dən 12, HP-dən 6, DP və TDP-nin hər birindən 3 millət, YDP-dən 1 vəkili təmsil olunur. HP-dən istefa edən 3 və YDP-dən istefa edən 1 millət vəkili isə hazırda (ümumilikdə 4) bitərəfləri təmsil edir.