Press "Enter" to skip to content

Haluk Görgün: “Aselsan”ın strateji ortaqlarının sayı 75-ə çatıb

Son yeniləmə: 6 Noyabr 2021 12:21

Bayraqdar.info – “Sıramıza yeni qoşulacaq 25 yeni ortağımızla strateji ortaqlarımızın sayını 75-ə çatdırdığımızı bildirməkdən böyük qürur hissi keçirir və məmnuniyyət duyuram”.

Bunu Türkiyənin müdafiə sənayesinin qabaqcıl müəssisələrindən olan “Aselsan”ın İdarə Heyətinin sədri və Baş direktoru prof.dok. Haluk Görgün deyib.

Qurumdan verilən məlumata görə, “Aselsan”ın Strateji Ortaqlıq Görüşü mövzusunda keçirilən tədbirdəki çıxışında H.Görgün bır çox maraqlı məqamlara toxunub. O, şirkətin bu günə qədər nail olduğu genişlənmənin yalnız “Aselsan”ın daxili dinamikaları və maraqlı tərəfləri ilə reallaşmasının mümkün olmadığını bildirib. Baş direktor əldə olunan müvəffəqiyyətlərdə səriştəli və geniş ekosistemdə iştirak edən iş ortaqlarının bu məsələdə misilsiz töhfəsinin olduğu qeyd edib.

H.Görgün “Aselsan”ın işləyib hazırladığı və istehsal etdiyi yüzlərlə məhsulun hər birinin ortaqlarının zəkası və alın təri ilə ortaya çıxdığını vurğulayıb. “Aselsan”ın təchizatçı ekosistemində 3 mindən çox yerli təchizatçı olmaqla 5 mindən çox təchizatçının olduğu, son 10 il ərzində kiçik və orta miqyasli müəssisələrə verilən sifarişlərin təxminən 6 dəfə artdığı xüsusi qeyd edilib. Çıxışında 2018-ci ildən bu günə qədər 400-dən çox adda məhsulu təchizatçıları ilə birlikdə milliləşdirdiyini qeyd edən H.Görgün bunun nəticəsində təxminən 150 milyon ABŞ dolları həcmində vəsaitin ölkədə qalmasının təmin olunduğunu bildirib.

Baş direktor təchizatçıların maliyyə davamlılığına son dərəcə böyük əhəmiyyət verdiklərini ifadə edərək deyib: “Bu illər ərzində müvəffəqiyyətlə tətbiq etdiyimiz Təchizatçının Maliyyələşdirilməsi Sistemini bu gün ölkəmizin qabaqcıl banklarından biri olan “Halkbank”ın iştirakı ilə daha da gücləndirmiş və bu sahəyə cəlb etdiyimiz bankların sayını 15-ə çatdırmışıq. Biz “Aselsan” olaraq sektorumuzdakı maraqlı tərəfdaşlarımız və dəyərli iş ortaqlarımızla çiyin-çiyinə işləyərək bütün sahələrdəki əməkdaşlığımızı genişləndirməyə davam edəcəyik”.

Mission News Theme by Compete Themes.