Son yeniləmə: 6 Noyabr 2021 18:00
Bayraqdar.info – Azərbaycanın Türkiyədəki səfirliyi, Ankara şəhərində Azərbaycan Həkimlər Dərnəyi, eləcə də Gülhanə Tədris və Araşdırma Xəstəxanasının təşkilatçılığı ilə “Qarabağ Zəfəri – Həkim gözüylə qardaşlığın dastanı” adlı tədbir keçirilib.
Xəbər bayraqdar.info-ya Müdafiə Nazirliyindən verilib.
“Gülhanə Halil Akçiçek konfrans zalında keçirilən tədbirdə ictimaiyyət nümayəndələri və qardaş ölkədə təhsil alan tələbələr də iştirak ediblər.
“Keçirilən tədbirdə Gülhanə Tədris və Araşdırma Xəstəxanasında təhsil alan azərbaycanlı zabitlərin könüllü olaraq cəbhə zonasına yollanmasından, həkimlərin orada apardıqları uğurlu əməliyyatlardan ətraflı danışılıb.
“Zəfər Gününün ildönümü münasibətilə Türkiyədə səfərdə olan H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Orkestr heyəti tədbirdə hərbi marşlar ifa edib.
“Sonda həkimlərin döyüş əməliyyatlarında iştirakını əks etdirən foto-sərgi təqdim edilib, xatirə şəkli çəkdirilib.” Xəbərdə belə deyilir.