Press "Enter" to skip to content

“Hərbi dənizçilər Zəfər yolunda” – VİDEO

Son yeniləmə: 6 Noyabr 2021 18:00

Bayraqdar.info – Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin klubunda “Hərbi dənizçilər Zəfər yolunda” adlı vətənpərvərlik tədbiri keçirilib.

Xəbər bayraqdar.info-ya Müdafiə Nazirliyindən daxil olub.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa olunub.

Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov tədbir iştirakçılarını hərbi dənizçilər adından salamlayıb, şəhid valideynlərinə Vətənə layiqli mərd, igid, qorxmaz övladlar tərbiyə etdiklərinə və onlarla qürur duyduqlarına görə minnətdarlıq edib.

Hərbi Dəniz Qüvvələri Sualtı Hücum və Sualtı Müdafiə Xüsusi təyinatlı dəstəsinin də döyüşən orduya qoşulduğunu vurğulayıb.

Milli Məclisin deputatları Aydın Mirzəzadə və Səbinə Xasayeva tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik ediblər

Təddbirdə Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Xaliq İbrahimov döyüş xatirələrini danışıb.

Mission News Theme by Compete Themes.