Press "Enter" to skip to content

Fahrettin Altun: Siz haqq və həqiqət uğrunda mübarizə apardınız

Fahrettin Altun

Bayraqdar.info – “Azərbaycanın ədalətli mübarizəsini hər gün bir addım daha irəli aparan Radio və Televiziya işçilərinin peşə bayramı gününüz mübarək olsun. Sizin media fəaliyyətiniz Qarabağın azad olunması prosesində mühüm rol oynayıb. Siz dezinformasiyaya qarşı haqq və həqiqət uğrunda mübarizə apardınız”.

Türkiyənin ölkəmizdəki səfirliyindən bayraqdar.info-ya verilən məlumata görə, bu sözlər Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığının rəhbəri Fahrettin Altunun 6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günü münasibətilə təbrikində öz əksini tapıb.

F.Altun qeyd edib ki, bu informasiya mübarizəsində biz də iştirak etdik və birlikdə mübarizə apardıq: “Bu səylərimiz komunikasiya sahəsində də çox müsbət nəticələr verdi. Qlobal media orqanları tərəfindən edilən qara təbliğat və dezinformasiyanı birlikdə iflasa uğratdıq. İnanıram ki, aparılan ədalətli mübarizə artıq tarixə keçmişdir. Bütün dünya Qarabağ müharibəsində aparılan uğurlu informasiya prosesindən danışır. Bu uğurdan böyük sevinc hissi keçirirəm. Bu münasibətlə sizi Radio və Televiziya işçilərinin peşə bayramı günü münasibətilə təbrik edir, hamınızı sevgi ilə salamlayıram”.

Mission News Theme by Compete Themes.