Press "Enter" to skip to content

Ersin Tatar Zəfər Gününə həsr edilmiş tədbirdə iştirak edəcək

Ersin Tatar

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar noyabrın 7-də İstanbula birgünlük səfər edəcək. Səfər Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının dəvəti ilə baş tutacaq.

Bu barədə bayraqdar.info-ya KKTC Cümhurbaşqanlığından məlumat verilib.

Bildirilib ki, noyabrın 7-də axsam saat 18:00-da Azərbaycanın Qarabağ zəfərinin birinci ildönümü münasibətilə təşkil olunacaq tədbirdə Azərbaycandan nazirlər, deputatlar və bir çox yüksək səviyyəli rəsmilər də iştirak edəcək. E.Tatar “Qarabağ Azərbaycandır” adlı tədbirdə qonaqlara xitabən nitq söyləyəcək.

O da qeyd edilir ki, səfər çərçivəsində KKTC Cümhurbaşqanı 1997-2001-ci illər arasında sədrlik etdiyi Kıbrıs Türk Kültür Dərnəyinin üzvləri ilə də görüşəcək. Dərnəyin rəhbərliyi və üzvləri ilə bir çox mövzuda qiymətləndirmələr aparacaq Cümhurbaşqanı axşam saatlarında KKTC-yə dönəcək.

Mission News Theme by Compete Themes.