Press "Enter" to skip to content

“ZəfərFest” Yaradıcılıq Festival-Sərgisi keçirilib

Son yeniləmə: 5 Noyabr 2021 10:50

Bayraqdar.info – Noyabrın 4-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə H.Əliyev Sarayında 8 noyabr–Zəfər Gününə həsr olunmuş “ZəfərFest” Yaradıcılıq Festival-Sərgisi keçirilib.

Xəbər bayraqdar.info-ya Təhsil Nazirliyindən verilib.

Festival-Sərginin məqsədi Vətən müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsinin ehtiramla yad edilməsidir. Həmçinin, ordunun Vətən müharibəsində zəfər yürüşü, şanlı qələbəsinin Türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılmasından ibarət olub.

“Festivalın sərgi hissəsində Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin yetirmələrinin Zəfər Günü ilə bağlı hazırladıqları 70-ə yaxın rəsm və əl işlərinə baxış keçirilib.

“Bədii hissədə Nazirlik sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin bədii özfəaliyyət kollektivlərinin, Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin və Bülbül adına orta ixtisas musiqi məktəbinin kollektivləri çıxış edib. Ümumilikdə 300-ə yaxın məktəblinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş olunub, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səslənib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.