Press "Enter" to skip to content

Zəfər günü Hərb Tarixi Muzeyində qeyd edildi

Son yeniləmə: 5 Noyabr 2021 10:58

Bayraqdar.info – Noyabrın 4-də Zəfər Günü münasibətilə Azərbaycan Hərb Tarixi Muzeyində tarixi qələbənin qazanılmasının ildönümünə həsr olunan “Azərbaycan dövlətçiliyi: islahatlar və zəfər mərhələsi” mövzusunda tədbir keçirilib.

Xəbər bayraqdar.info-ya Müdafiə Nazirliyindən daxil olub.

“Tədbirdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabitləri, Müdafiə Nazirliyinin, şəhər muzeylərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

“Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

“Tədbirdə çıxış edənlər Azərbaycanın tarixi Zəfəri ilə yekunlaşan müharibənin ədalətli və əsl Vətən müharibəsi olduğunu bildiriblər. Bu Qələbənin Müzəffər Ali Baş Komandanın qətiyyəti, rəşadətli Ordumuzun şücaəti, xalqımızın birliyi hesabına qazanıldığını qeyd ediblər.

“Sonda Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Hərbi orkestri, H. Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tədbir iştirakçılarına musiqi nömrələri təqdim edib”.

Mission News Theme by Compete Themes.