Press "Enter" to skip to content

Zəfər günü ABŞ-da geniş qeyd olunacaq

Son yeniləmə: 5 Noyabr 2021 10:51

Bayraqdar.info – Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Amerika Birləşmiş Ştatlarına səfəri başlayır.

Bu barədə bayraqdar.info-ya Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, səfər zamanı Komitə sədri ABŞ-ın 4 ştatının 5 şəhərində Azərbaycan icmasının nümayəndələri ilə görüşəcək. F.Muradov həmçinin dünyanın müxtəlif ölkələrində olduğu kimi, Birləşmiş Ştatlarda da keçiriləcək Zəfər Günü tədbirlərinə qatılacaq.

Bundan başqa, səfər çərçivəsində ölkəmizə dost münasibəti bəsləyən və dəstək olan digər icmaların nümayəndələri ilə də görüşlər planlaşdırılır.

Səfər proqramında bir sıra rəsmi görüşlər də nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.