Bayraqdar.info – Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə, 8 Noyabr – Zəfər Günü münasibətilə bilbord quraşdırılıb.
Bu barədə bayraqdar.info-ya noyabrın 5-də Azərbaycanın Xarkovdakı fəxri konsulluğundan məlumat verilib.
Bildirilib ki, fəxri konsulluğunun təşəbbüsü ilə keçirilən bayram aksiyasında nümayiş etdirilən bilbordda “Azərbaycanın Qələbə Günü”, “Qarabağ-Azərbaycandır!” şüarları yazılıb, Zəfərimizin rəmzi “Xarıbülbül”ün və Azərbaycan dövlətinin xəritəsinin şəkli əks olunub.
Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov bildirib ki, şəhərin mərkəzi hissələrində daha 3 bilbord yerləşdiriləcək. Bilbordlar bir aya yaxın müddətdə nümayiş olunacaq.