Son yeniləmə: 5 Noyabr 2021 20:24
Bayraqdar.info – Prezident İlham Əliyev noyabrın 5-də Türk Keneşi Baş katibi Bağdad Amreyevi qəbul edib.
Bayraqdar.info AZƏRTAC-a istinadla xəbər verir ki, görüşdə Türk Keneşinin qarşıdakı Zirvə görüşünə toxunulub. Bu tədbirin üzv ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyi bildirilib və 2019-cu ildə Azərbaycanın sədrliyi ilə bu Zirvə görüşünün yüksək səviyyədə təşkil olunduğu vurğulanıb.
“Türk Keneşi Baş katibi Bağdad Amreyev, ilk növbədə, dövlət başçısını Zəfər Günü münasibətilə təbrik edib. Bu Qələbədən yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının şərəf hissi duyduğunu vurğulayıb.
“Prezident İlham Əliyev təbriklərə görə minnətdarlıq bildirib. Dövlət başçısı Vətən müharibəsi zamanı Türk Keneşi və şəxsən Baş katib Bağdad Amreyevin Azərbaycanın haqq işinə verdiyi dəstəyi yüksək qiymətləndirib”, – deyə xəbərdə bildirilir.
Əlavə edək ki, Türk Keneşi B.Amreyevin Prezident İ.Əliyevlə görüşü haqqında sosial şəbəkə hesabında paylaşım edib.
Türk Konseyi Genel Sekreterinin Azerbaycan Cumhurbaşkanı Sayın İlham Aliyev tarafından 5 Kasım 2021'deki kabulüne ilişkin video görüntüleri.
Video footage of the reception of Secretary General of the @TurkicCouncil, by President of Azerbaijan H.E.Ilham Aliyev on November 5, 2021 pic.twitter.com/KUfS2kzAwI
— Organization of Turkic States (@Turkic_States) November 5, 2021
Həmçinin, noyabrın 5-də Azərbaycan prezidenti İ.Əliyev Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri Binali Yıldırımı qəbul edib.
Görüşdə “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumunun mühüm məsələləri müzakirə etmək baxımından çox vacib beynəlxalq tədbir olduğu bildirilib, Bu Forumun yüksək səviyyədə təşkil olunduğu vurğulanıb.
“Qeyd edilib ki, pandemiyaya baxmayaraq, Forumda çox sayda nüfuzlu qonağın iştirak etməsi bu tədbirə və Azərbaycana olan marağı göstərir. Forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik bildirilib.” Xəbərdə belə bildirilir.
B.Yıldırım da öz növbəsində Prezident İ.Əliyevlə görüşü haqqında sosial media paylaşımı edərək təşəkkürünü bildirib.
Azerbaycan Cumhurbaşkanı İlham Aliyev’i ziyaret ettik.
Misafirperverlikleri için teşekkür ediyorum.#TekMilletİkiDevlet 🇹🇷🇦🇿 pic.twitter.com/CVTYz3vaHb
— Binali Yıldırım (@BY) November 5, 2021
Redaktə və əlavələr: Azər Həsrət