Press "Enter" to skip to content

Azərbaycan Pavilyonu maraqla qarşılanır

Son yeniləmə: 5 Noyabr 2021 14:31

Bayraqdar.info – Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Azərbaycan nümayəndə heyəti “Dubay EXPO 2020” ümumdünya sərgisində olub. 2021-ci il oktyabrın 1-dən 2022-ci ilin martın 31-dək davam edəcək sərgidə 192 ölkə və 10 təşkilat iştirak edir.

Bu barədə bayraqdar.info-ya noyabrın 5-də İqtisadiyyat Nazilriyindən məlumat verilib.

Bildirilib ki, sərgidə ölkəmiz Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılmış Azərbaycan Pavilyonu ilə təmsil olunur. Bu, yeni əməkdaşlıq əlaqələrinin qurulması, potensial biznes tərəfdaşları və investorlarla dialoq yaratmaq baxımından böyük önəm kəsb edir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, insan kapitalına sərmayə yatırımı, dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi kimi qlobal sahələrdə qazanılan uğurların nümayiş olunduğu Azərbaycan Pavilyonu sərgiyə gələnlər tərəfindən maraqla qarşılanır.

“Dubay EXPO 2020” sərgisi Azərbaycan məhsullarının daha çox tanıdılması, xarici bazarlara çıxışının genişləndirilməsi üçün əlverişli platformadır.

Azərbaycan nümayəndə heyəti, həmçinin “Dubay EXPO 2020” sərgisində qardaş Türkiyə və BƏƏ pavilyonlarına gedib, əldə olunan nailiyyətlərlə və davamlılığının təmin olunması istiqamətində görülən işlərlə tanış olub.

Mission News Theme by Compete Themes.