Press "Enter" to skip to content

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi – VİDEO

Son yeniləmə: 5 Noyabr 2021 11:21

Bayraqdar.info – Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi plana uyğun davam edir.

Məlumat bayraqdar.info-ya noyabrın 5-də Müdafiə Nazirliyindən daxil olub.

“Təlimin planına əsasən səhra və stasionar döyüşü idarəetmə məntəqələrində əməliyyatlar planlaşdırılır. Təlimdə müxtəlif fəaliyyət tərzləri üzrə hesabatlar aparılır, ərazidə taktiki və xüsusi təyinatlı qrupların tapşırıqları dəqiqləşdirilir. Maket üzərində qarşılıqlı əlaqənin və hərtərəfli təminatın təşkili üzrə plan və hesabatlar hazırlanır.

“Qəbul edilmiş qərarın hərtərəfli təminatının təşkili üzrə qərargahlar tərəfindən plan və əlavələrin xəritəyə işlənilməsi, əmr və sərəncamların müasir texniki vasitələr üzərindən bölmələrə göndərilməsi məşq etdirilir.

“Təlimin növbəti mərhələsi kompüter üzərində və praktiki fəaliyyətlərin icrası ilə davam edəcək.” Məlumatda belə bildirilir.

Mission News Theme by Compete Themes.