Press "Enter" to skip to content

Milli Məclisdən əfsanəvi şəhidin anasına və qaziyə vəzifə

Bayraqdar.info – Milli Məclisin Mətbuat və ictmaiyyətlə əlaqələr şöbəsinin noyabrın 5-də verdiyi xəbərə görə, sədr Sahibə Qafarova əfsanəvi qəhrəman, 44 günlük Vətən müharibəsinin müqəddəs şəhidlərindən biri Cəbrayıl Dövlətzadənin anasına qurumda vəzifə verib.

“Vətən müharibəsinin birinci ildönümü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq əmrinə əsasən, general-mayor Polad Həşimovun qisasını alan əsgər kimi Vətən müharibəsi tarixinə imzasını atmış Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub”, – deyə xəbərdə bildirilir.

Daha sonra əlavə edilir ki, “Cəbrayıl Dövlətzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Cəbrayıl Dövlətzadə 2020-ci ilin 28 sentyabr tarixində Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində döyüşərək böyük şücaət göstərib, erməni generalını və polkovnikini öldürərkən 19 yaşında şəhid olub”.

Milli Məclisdən o da bildirilir ki, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş, Vətən müharibəsi zamanı Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edən qazi Abbas Yusifov Milli Məclisin sədri Sahibə Qafarovanın imzaladığı əmrlə Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub. Qeyd edək ki, Abbas Yusifov Vətən müharibəsinin ilk günlərindən torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qoşulmuş və şücaət göstərmişdir. O, döyüşlər zamanı düşmənin basdırdığı minaya düşərək sol ayağını itirmişdir”.

Mission News Theme by Compete Themes.