Bayraqdar.info – Artıq bir neçə gündən sonra Azərbaycanın Vətən müharibəsindəki tarixi Zəfərinin birinci ildönümü qeyd ediləcək. Məlum olduğu kimi, həmin gün, eyni zamanda Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın Ermənistanın işğalından azad olunmasının ildönümüdür.
Artıq bir neşə gündür ki, bu tarixi günlə bağlı Azərbaycan daxilində və ölkədən xaricdə çeşidli tədbirlər keçirilir. Öz növbəsində İran rejiminin basqılarına rəğmən Güney Azərbaycanda da bu əlamətdar günlərlə bağlı müəyyən addımlar atılır.
ArazNews-un məlumatına görə, güneyli soydaşlarımız, Milli Hərəkatın fəalları Təbriz, Ərdəbil, Zəncan və Urmiyada maraqlı aksiya keçiriblər.
Belə ki, həmin şəhərlərdə divarlara Vətən müharibəsindəki tarixi Zəfərin simvolu olan Xarı bülbül rəsmi çəkilib, Qarabağ sözü və Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların sayını ifadə edən 2907 rəqəmi yazlıb.