Press "Enter" to skip to content

DİM və YAŞAT Fondu arasında Memorandum

Son yeniləmə: 5 Noyabr 2021 14:32

Bayraqdar.info – Zəfər Günü münasibətilə Dövlət İmtahan Mərkəzinin və YAŞAT Fondunun birgə təşkilatçılığı ilə noyabrın 4-də 44 günlük müharibədə canlarından keçmiş şəhidlərin məktəbli övladlarının iştirakı ilə tədbir keçirilib.

Dövlət İmtahan Mərkəzində təşkil olunmuş tədbirdə Yaşat Fondunun nümayəndələri və Bakı şəhərinin ümumtəhsil müəssisələrində təhsil alan şəhid övladlarının bir qismi iştirak ediblər.

Xəbər bayraqdar.info-ya DİM-dən daxil olub.

“DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ordunun qəhrəmanlığından, şanlı qələbədən, şəhidlərin ailə üzvlərinin və qazilərin daim dövlətin diqqət və qayğısı altında olacağından bəhs edib.

“YAŞAT Fondunun səlahiyyətli nümayəndəsi Elvin Hüseynov Fondun fəaliyyət istiqamətləri barədə danışıb və burada təhsil sahəsinin prioritet olduğunu qeyd edib.

“Tədbirdə DİM ilə YAŞAT Fondu arasında əməkdaşlığa dair Memorandum imzalanıb. İmzalanan Memorandumun əsas məqsədi Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə və qazilərə mənəvi dəstək vermək, onların təhsilinə, gələcək karyerasının planlaşdırılmasına və inkişafına əməli yardım göstərməkdir.
“Həmçinin, tədbir iştirakçılarına DİM əməkdaşları tərəfindən DİM-in fəaliyyət istiqamətləri və tarixinə dair təqdimat göstərilib, e-psixoloq.az və otk.az səhifələrinin imkanları haqqında məlumat verilib. Bundan əlavə, iştirakçılara DİM-in onlayn imtahanlarından istifadə etmək üçün otk.az kuponları təqdim olunub.

“Tədbirə COVID-19 pandemiyası ilə əlaqədar karantin qaydaları nəzərə alınaraq 30-35 məktəbli və onların valideynləri dəvət olunub və iştirakçıların sağlamlığını qorumaq üçün zəruri tədbirlər görülüb.” Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.