Press "Enter" to skip to content

Ceyhun Bayramov Bağdad Amreyevlə görüşüb

Bayraqdar.info – Noyabrın 5-də xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Keneşi) Baş katibi Bağdad Amreyevlə görüşüb.

Bu barədə bayraqdar.info-ya XİN Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, tərəflər, Türk Keneşinin qarşıdan gələn Zirvə görüşü və yüksək səviyyəli tədbir öncəsində keçiriləcək toplantılara hazırlıq, bu çərçivədə qəbul olunacaq sənədlərlə bağlı fikir mübadiləsi aparıblar.

Baş katib Bağdad Amreyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilmiş görüşə məmnunluqla istinad edib. O, təşkilatın cari sədri qismində dövlət başçısı tərəfindən verilən tapşırıqlarla bağlı qeydlərin götürüldüyünü bildirib.

Nazir Ceyhun Bayramov Türk Keneşi ilə əməkdaşlığın Azərbaycan üçün əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, ölkəmizin sədrliyi dövründə görülən işlərin bunun bariz göstəricisi olduğunu qeyd edib. Bu müddət ərzində Türk Keneşi Katibliyinin fəaliyyəti məmnunluqla vurğulanıb.

Görüş zamanı, həmçinin təşkilatın gündəliyində duran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.