Son yeniləmə: 5 Noyabr 2021 19:24
Bayraqdar.info – BMT-nin Bonn şəhərindəki qərargahı önündə 8 noyabr – Zəfər Gününə həsr olunmuş məlumatlandırıcı aksiya təşkil edilib.
Bu barədə bayraqdar.info-ya noyabrın 5-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Komitənin və Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Evinin təşəbbüsü ilə baş tutan aksiya zamanı “Qarabağ Azərbaycandır!” şüarı altında fotosərgi nümayiş etdirilib.
Sərgidə Ermənistanın 30 ilə yaxın müddət ərzindəişğal altında saxladığı əzəli Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını ifşa edən fotomateriallaravə məlumatlara diqqət cəlb edilib.
Aksiyada diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.