Press "Enter" to skip to content

Binali Yıldırım “Zəfər” yarmarkasında

Son yeniləmə: 5 Noyabr 2021 11:01

Bayraqdar.info – Türkiyənin sabiq Baş naziri Binali Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti “YAŞAT” Fondunun təşkil etdiyi “Zəfər” yarmarkasını ziyarət edib.

Bu barədə bayraqdar.info-ya noyabrın 5-də “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, B.Yıldırım yarmarka barədə məlumatlandırılıb.

Qonağa məlumat verilib ki, 29 oktyabr – 9 noyabr tarixini əhatə edəcək Yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutur. Yarmarkadan əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə ediləcək.

Binəli Yıldırım ərazidə quraşıdırlan “ASAN ödəniş” terminalı vasitəsi ilə “YAŞAT” Fonduna 1000 manat məbləğində ianə edib.

Mission News Theme by Compete Themes.