Press "Enter" to skip to content

Beynəlxalq Türk Akademiyası Elmi Şurasına rəhbərlik Türkiyəyə keçdi

Bayraqdar.info – Beynəlxalq Türk Akademiyası Elmi Şurasına rəhbərlik Türkiyəyə keçib.

Bu haqda xəbəri noyabrın 5-də bayraqdar.info-ya BTA-dan veriblər. Xəbərdə deyilir ki, “BTA Elmi Şurasının 4 noyabr tarixində İstanbulda keçirilən IV iclasında Şuraya müddətli sədrlik Azərbaycandan Türkiyəyə keçib”.

Xəbərdə daha sonra bildirilir ki, “Akademiyanın prezidenti Darxan Kıdırali Azərbaycanın sədrliyi dövründə, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bir çox tədbirlərin fasiləsiz və uğurla həyata keçirildiyini bildirib və səmərəli əməkdaşlığa görə Azərbaycanın təhsil naziri Emin Əmrullayevə təşəkkürünü çatdırıb. Akademiya rəhbəri Türkiyə tərəfinin sədrliyi uğurla davam etdirəcəyinə əminliyini ifadə edib”.

Öz növbəsində “təhsil naziri Emin Əmrullayev Akademiyaya və Elmi Şura üzvlərinə təşəkkürünü bildirərək, dönəm başqanlığını bildirən rəmzi lövhəni Türkiyə milli təhsil naziri Mahmud Özerə təqdim edib”.

“Bir sıra məsələlərin müzakirə olunduğu toplantıda ilk dəfə qonaq qismində Özbəkistan da iştirak edib və Türk Akademiyasının fəaliyyətinə önəm verdiyini bildirib.

“İclasda Beynəlxalq Türk Akademiyası Elmi Şurasının V iclasının 2022-ci ilin mart ayınadək Qazaxıstanda keçirilməsi qərara alınıb”, – deyə xəbərdə əlavə edilir.

Mission News Theme by Compete Themes.