Press "Enter" to skip to content

Bakı Reabilitasiya Mərkəzinə mediatur

Bayraqdar.info – KİV nümayəndələrininVətən müharibəsi qazilərinə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə tanışlığı məqsədilə Bakı Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib. Mediatur Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təşkil olunub.

Bu barədə bayraqdar.info-ya noyabrın 5-də ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq son illərdə müasir tələblərə uyğun qurularaq istifadəyə verilən reabilitasiya mərkəzləri şəbəkəsi Vətən müharibəsində yaralanmış qazilərin bərpa müalicəsi və sosial-psixoloji xidmətlərlə təminatında xüsusi önəm kəsb edir. 2019-2021-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidən qurmadan sonra, müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib.

Vurğulanıb ki, postmüharibə dövründə reabilitasiya müəssisələrində müharibədə yaralanmış qazi və yaxınlarının, habelə şəhid ailəsi üzvlərinin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir. Artıq 1650 şəxs bu xidmətlərlə əhatə olunub.

Vətən müharibəsi zamanı xəsarət alaraq aşağı ətrafları amputasiya olunmuş 158 qazi isə yüksək texnologiyalı 166 protezlə təmin olunub. O cümlədən, 908 şəxsə mühərrikli təkərli oturacaq verilib ki, onlardan bir hissəsidə müharibə əlilləridir.

KİV nümayəndələri Mərkəzdə yaradılan şəraitlə və Vətən müharibəsi qazilərinə göstərilən xidmətlərlə, burada tətbiq olunan fizioterapevtik prosedurlarla tanış olublar.

Mission News Theme by Compete Themes.