Press "Enter" to skip to content

Azıx mağarasıyla bağlı kitab təqdim edilib

????????????????????????????????????

Son yeniləmə: 5 Noyabr 2021 10:48

Bayraqdar.info – Noyabrın 3-də AMEA-nın Elektron zalında AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda “Azıx mağarası: Azərbaycan ərazisində ən qədim ibtidai insan düşərgəsi” adlı monoqrafiyanın təqdimatı keçirilib.

Xəbər bayraqdar.info-ya İnstitutun İctmaiyyətlə əlaqələr şöbəsindən verilib.

Kitabın müəllifləri Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov, M.M.Hüseynov, S.D.Əliyev, A.A.Veliçko, D.V.Hacıyev, Ə.Q.Cəfərov, Ə.V.Məmmədov, M.B.Süleymanov, N.B.Şirinovdur.

“AMEA-nın vitse-prezidenti, İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli təqdimatda bildirib: “Bu kitab – düşərgəni kəşf etmiş arxeoloq Məmmədəli Hüseynovun Azıx mağarasında apardığı ilk tədqiqatlardan başlayaraq professor Ə.Cəfərovun son tədqiqatlarının nəticələrini əks etdirən məqalələrin ən qiymətli toplusudur. Bu, Azərbaycan arxeologiya elminin, tarix elminin mükəmməl bir “Azıxnamə”sidir. Bu günki təqdimat mərasimi Azıx mağarası ətrafında tədqiqatlara Dövlət Başçısının çağırışlarına rəğmən yenidən qayıdışın uğurlu başlanğıcıdır” – deyə akademik İ.Həbibəyli vurğuladı.

“Daha sonra İ.Həbibbəyli 2022-ci il aprelin 3-də görkəmli arxeoloq Məmmədəli Hüseynovun 100 illik yubileyinin şərəfinə beynəlxalq konfransın keçiriləcəyini bildirib. Onun sözlərinə görə, bununla bağlı İnstitutun müraciəti, AMEA İctimai Elmlər Bölməsinin və AMEA RH-nın müvafiq qərarları var.
Həmçinin İ.Həbibbəyli onu da qeyd etdi ki, Ə.Cəfərov öz şöbəsinsə Məmmədəli Hüseynovun guşəsini yaradaraq, tanınmış alimin xatirəsini yaşadır.

““Gələn il artıq Azıx mağarasına, işğaldan azad olunduqdan sonrakı müddətdə ilk arxeoloji ekspedisiya təşkil ediləcəkdir”, – deyə akademik bildirib.

“Daha sonra professor Ə.Cəfərov tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi. “Azıx bu gün dünyada yeganə paleolit düşərgəsidir. Azıxdan tapılmış daş alətlərin sayı 9 min 757 ədəddir. Həmin materiallar arasında Quruçay mədəniyyətinə aid nümunələr aşkar edilib. Quruçay mədəniyyətinin tarixi 2 milyon 500 min il əvvəldən başlamış 800 min əvvələ qədər davam etmişdir. Qədim Quruçay və Köndələnçay sahilləri boyunca məskən salmış qədim insanlar Şərqi Afrikadan tədrici axınla miqrasiya etmişlər. Tapılmış maddi mədəniyyət nümunələri əsasında biz qədim insanların şüurunun inkişafı mərhələlərini, bitki və heyvan qalıqları vasitəsilə bölgənin qədim flora və faunasını öyrənirik. 2001-ci ildən başlayaraq İtaliya, Fransa, Hollandiya və d. ölkələrin alimləri İNTAS beynəlxalq tədqiqat layihəsini yaratmış və onlar Azərbaycana səfər edərək Azıxdan tapılmış arxeoloji, paleontoloji və morfoloji materiallarla tanış olmuşlar”, – deyə Ə.Cəfərov bildirib.

““Allaha şükür ki, gözəl günləri yaşayırıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz ötən il noyabrın 8-də Şuşa şəhərini, noyabrın 9-da Azıx paleolit yaşayış məskənini azad etdi. 33 il idi ki, mən Qarabağı görmürdüm, gözüm yaşlı, ürəyim dağlı qalmışdı. 17 mart 2021-ci il tarixində, 33 il sonra Azıx mağarasını ziyarət etdim. Kədər və eyni zamanda qürur hissləri qəlbimi doldururdu. Nəinki Azıx, bütün Qarabağ bəşəriyyətə məxsus bir abidədir. Bundan sonra da həyatımın qalan hissəsini yenə də elmə sərf edəcəyəm. 2017-ci ildə nəşr edilmiş “Qarabağın paleolit düşərgəsi” adlı əsərim bir çox ölkələrin, o cümlədən Harvard Universiteti kitabxanasının fonduna daxil edilib.” – deyə professor Ə.Cəfərov çıxışını yekunlaşdırdı”, – deyə xəbərdə qeyd edilir.

Daha sonra BDU-nin kafedra müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova çıxış edərək tələbəlik dövründə Azıx mağarasında Məmmədəli Hüseynovun rəhbərliyi altında ekspedisiyada iştirakı barədə xatirələrini bölüşüb.

“Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva da təqdimatda danışıb: “Biz alimlərin ümdə vəzifəsi Azərbaycanın maddi və qeyri-maddi mədəniyyət abidələrini digər xalqların mənimsəməsindən qorumaqdır. Biz ürək ağrısı ilə görürük ki, azərbaycanlıların abidələri, tarixi şəxsiyyətləri və dühaları xaricdə başqa xalqların adı ilə təqdim edilir”.

“AMEA-nın İqtisadiyyat İnstitutu Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev gənc yaşlarında arxeoloq Məmmədəli Hüseynovla tanış olmasından danışıb. O deyib: “Azıx mağarasına yaxın azərbaycanlı əhalinin yaşadığı kənd və qəsəbələrdəki orta məktəblərdə mərhum Məmmədəli Hüseynov şagirdlər qarşısında çıxış edərək abidə barədə məlumat verirdi. Abidəyə yuxarı sinif şagirdlərindən ibarət ekskursiyalar təşkil olunurdu. Şükür Allaha ki, Vətən torpaqlarımız azad edilməsinin şahidi olduq. Hal-hazırda azad olunmuş torpaqlarımızda nəhəng bərpa və tikinti işləri gedir. Bu fəaliyyətin içində olan bir alim kimi bildirim ki, dövlət 11 istiqamətdə nəhəng sosial-iqtisadi yönümlü bərpa işləri aparmaqdadır”. Çıxışının sonunda professor Akif Musayev professor Ə. Cəfərovu təbrik etdi..

“Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru, dosent Zakir Eminov öz çıxışında: “Vaxtilə, abidənin geoloji tarixini müəyyən etmək üçün arxeoloqlarla birgə geomorfoloqlar da Azıx paleolit düşərgəsininin tədqiqatlarında birgə iştirak edirdilər. Bu ənənə yaxın gələcəkdə davam etdiriləcək” – deyə vurğulayıb.

“A.A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhrəmov, professor Şahin Fərzəliyev və digərləri monoqrafiyanı yüksək qiymətləndiriblər.” Xəbərdə belə bildirilir.

Mission News Theme by Compete Themes.