Bayraqdar.info – AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirildi.
Bu barədə bayraqdar.info-ya İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
İnstitutun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə 8 noyabr Zəfər Gününün birinci ildönümü qeyd ediləcək.
“Tədbirdə Birinci və İkinci Qarabağ müharibəsində Vətən uğrunda həyatlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Daha sonra professor Abbas Seyidov 9 noyabr tarixi Dövlət Bayrağı günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.
“İnstitutun şöbə müdiri, tarix elmləri doktoru, professor Hidayət Cəfərov erməni faşizminin tarixi köklərindən, yadelli işğalçılar tərəfindən Azərbaycan xalqına qarşı dövrü olaraq aparılmış soyqırımlardan danışıb. Daha sonra professor H.Cəfərov 44 günlük şanlı müharibədə böyük qələbəyə gedən tarixi hadisələri təhlil edib.
“İnstitutun baş direktoru, professor A.Seyidov azad edilmiş ərazilərdə aparılan nəhəng və misli görünməmiş bərpa və tikinti işlərindən danışıb. O, Azərbaycan xalqının dəstəyinə və birliyinə arxalanaraq düşmən üzərində qələbə qazanmış Ordunun Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevə və onun ailəsinə sağlıq və yeni uğurlar arzulayaraq bir daha tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib”, – deyə xəbərdə qeyd edilir.