Son yeniləmə: 5 Noyabr 2021 08:55
Bayraqdar.info – Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 880 illiyi münasibəti ilə Türkiyənin Antalya şəhərində tədbir keçirilib. Tədbir Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi, Konyaaltı Halk Eğitim Merkezi ve Konyaaltı Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Bu barədə bayraqdar.info-ya Iraq Türkmən Gazeteciler Cəmiyyətinin xarici əlaqələrdən sorumlusu Dr. Kürşat Çavuşoğlu məlumat verib.
Bildirilib ki, Konyaaltı Bələdiyəsində keçirilən tədbir çərçivəsində Nizami Gəncəvinin əsərləri və onun şəxsiyyətinin tanıtımı ilə bağlı sərgi də açılıb.
Sərginin açılışna Konyaaltı Bələdiyyə Başqanı Semih Esen, Konyaaltı Kaymakamı Kamil Köten, İl Milli Eğitim şöbə müdürü Özcan Akbulut, Konyaaltı İlçe Milli Eğitim müdürü Halil Ünal ve şöbə müdirləri, həmçinin çoxlu sayda diaspor və ictimai təşkilatların təmsilçiləri qatılıb.
Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi başqanı Ceyran Səttarova, böyük “Azərbaycan şairi və türk dünyasının qüruru Nizami Gəncəvini anadan olmasının 880-ci ilində hörmətlə anırıq. 2021-ci il Azərbaycanda Nizami Gəncəvi ili elan olunub” deyib.
O, bu gün də Azərbaycanda və dünyada dahi Nizaminin əsərlərinin maraqla oxunduğunu deyib.
Qeyd edək ki, sərgidə Nizami Gəncəvinin əlyazmaları, azərbaycanlı şairin kitablarının minyatür görüntüləri və rəsimləri nümayiş olunub.