Press "Enter" to skip to content

Türkiyə Cümhurbaşqanı Türk Keneşi Baş katibini qəbul edib

Bayraqdar.info – Noyabrın 3-də Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Türk Keneşi Baş katibi Bağdad Amreyevi qəbul edib. Görüş Ankarada, Cümhurbaşqanlığı Külliyesində baş tutub.

Bu barədə bayraqdar.info-ya Türk Keneşi Katibliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə B.Amreyev təşkilatın fəaliyyətinə davamlı dəstək verdiyi üçün R.T.Erdoğana təşəkkür edib. Baş katib həmçinin qurumun son dövrdəki fəaliyyətləri, gələcək planları və noyabrın 12-də İstanbulda keçiriləcək Türk Keneşi 8-ci Zirvəsi haqqında Türkiyə Cümhurbaşqanına məlumat verib.

Qeyd edilib ki, görüşdə Türkiyə Cümhurbaşqanı üzv dövlətlər arasındakı əməkdaşlıq məsələsində Türk Keneşi Katibliyinə tam dəstəyini ifadə edib. R.T.Erdoğan təşkilatın son dövrlərdə artan effektivliyini və əldə etdiyi nailiyyətləri xüsusi olaraq vurğulayıb.

Cümhurbaşqanı Türkiyənin gələn həftə keçiriləcək Zirvə toplantısına ev sahibliyi etməyə və Türk Keneşi dönəm başqanlığını öz üzərinə götürməyə hazır olduğunu bildirib. Tarixi İstanbul Zirvə toplantısından sonra Türk Keneşinə üzv və müşahidəçi dövlətlərin daha yüksək səviyyədə yeni əməkdaşlıq dövrünə qədəm qoyacaqları vurğulanıb.

Məlumatda o da bildirilir ki, görüşdə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu da iştirak edib. Görüş çərçivəsində Türk Keneşi Baş katibi ilə Türkiyənin xarici işlər naziri Zirvə toplantısının gündəliyi və iş proqramı, o cümlədən dövlət başçıları tərəfindən qəbulı ediləcək qərarları müzakir ediblər. Tərəflər həmçinin, Türkiyənin Türk Keneşi dönəm başqanlığını və bu dönəmlə bağlı fəaliyyətə təqvimini də nəzərdən keçiriblər.

Mission News Theme by Compete Themes.