Press "Enter" to skip to content

“Şahdəniz” qaz-kondensat yatağından 16 mlrd.kubmetr qaz istehsalı

Bayraqdar.info – Bu ilin yanvar-sentyabr aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından təqribən 16 mlrd. kubmetr qaz hasil edilib. Bu da illik müqayisədə 20,3% çoxdur.

Bu barədə noyabrın 4-də bayraqdar.info-ya “BP Exploration (Caspian Sea) Limited” şirkətinin (BP)-nin  Bakı Ofisindən məlumat verilib.

“BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2021-ci ilin ilk doqquz ayının yekunlarına dair dərc etdiyi hesabatı yayımlayıb. Hesabatda bildirilir ki, hesabat dövrü yataqda təqribən 3 mln. ton (24 mln. barel) kondensat hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 11,1% çoxdur.

“Hasilat “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından aparılıb.

“Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 70 mln. (ildə 25 mlrd. artıq) standart kubmetrdir, bud a illik müqayisədə 25% artım deməkdir.

“Hesabata əsasən, ilin üç rübündə “Şahdəniz” üzrə fəaliyyətlərə 1,57 mlrd. ABŞ dolları yaxın əməliyyat xərcləri və 524 mln. dollar əsaslı xərclər çəkilib. Xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.

“Qeyd edək ki, “Şahdəniz” yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), “SGC Upstream” (6,7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.