Press "Enter" to skip to content

Növbəti özəlləşdirmə hərracı

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 30 noyabr və 2 dekabr tarixlərində özəlləşdirmə hərracları təşkil ediləcək.

Bu barədə bayraqdar.info-ya noyabrın 4-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, noyabrın 30-u keçiriləcək hərraca 12 kiçik dövlət müəssisəsi, 2 qeyri-yaşayış binası və yarımçıq tikili çıxarılacaq.

Dekabrın 2-si təşkil ediləcək hərraca isə “Ceyranbatan Dəmir Beton” ASC-nin dövlətə məxsus səhmləri çıxarılacaq.

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Mission News Theme by Compete Themes.