Bayraqdar.info – Eskişehir Azərbaycanlılar Dərnəyi (EsAzDer) tərəfindən keşirilən həftəlik “Çərşənbə söhbətləri” çərçivəsində növbəti söhbət gecəsi təşkil edilib.
Bu barədə bayraqdar.info-ya noyabrın 4-də EsAzDer-dən məlumat verilib.
Bildirilib ki, bu dəfəki söhbət “Kərkükdən çıxdıq yola, Bakıda verdik mola” mövzusunda olub.
Kərkük türkləri olan Zeynalabidin Kehye və Hüseyn Şükürün moderatorluğu ilə keçirilən tədbirdə 50-dən çox gənc və dərnək üzvləri iştirak edib. Çıxışlardan sonar iştirakçıların sualları cavablandırılıb.
Tədbirin sonunda spikerlər Eskişehir Azərbaycanlılar Dərnəyi Başqanı Cavid Aydın tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.
Qeyd edək, “Çərşənbə söhbətləri” hər həftə, həftənin 3-cü günü, yəni, çərşənbə günləri, saat 20.00-da həyata keçirilməkdədir. Hər həftə fərqli qonaqlar tərəfindən fərqli mövzularda təlim, seminarlar təşkil edilir.