Press "Enter" to skip to content

Jogorku Keneş Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə sənədlərini təsdiq edib

Bayraqdar.info – Noyabrın 3-də Qırğız Respublikasının Parlamenti-Jogorku Keneş Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə qaydaları haqqında” Sazişi ratifikiasiya edib.

Bu barədə bayraqdar.info-ya noyabrın 4-də Fonddan məlumat verilib.

Bildirilib ki, Qırğız parlamenti həmçinin “Üzv Dövlətlərin Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsinə məcburi ödənişlərin həcminə dair” Protokolu da ratifikasiya edib.

Parlamentdə eyni zamanda mədəniyyət, idman və turizm sahəsində dövlət siyasətinin təxirəsalınmaz vəzifələrinə, tarixi-mədəni irsin qorunması, ondan iqtisadiyyatın inkişafı üçün mühüm amil kimi istifadə edilməsi və bu istiqamətdə Qırğızıstanın Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığın vacib əhəmiyyət kəsb etməsi məsələlərinə toxunulub.

Qeyd edilməlidir ki, “Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə qaydaları haqqında” Saziş 2018-ci il sentyabrın 2-də Bişkek şəhərində imzalanıb.

2020-ci il noyabrın 28-də isə İstanbul şəhərində “Üzv Dövlətlərin Türk Mədəniyyəti və İrsi Fondunun Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair” Protokol imzalanıb.

Mission News Theme by Compete Themes.