Press "Enter" to skip to content

Deputatlar Zəfər Gününü Niderlandda qeyd edəcəklər

Bayraqdar.info – Azərbaycanın xarici ölkələrdəki səfirlikləri Vətən müharibəsində Qələbənin birinci ildönümü münasibətilə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirirlər.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və parlamentin komissiya sədri Eldar Quliyev noyabrın 3-dən 6-dək Niderland Krallığının Haaqa şəhərində bu ölkədəki Azərbaycan səfirliyinin Zəfər Gününə həsr edilmiş tədbirlərində iştirak edirlər.

Xəbər bayraqdar.info-ya MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub.

“Tədbirlərdə Azərbaycan tarixinin ən möhtəşəm hadisələrindən biri olan Zəfər Günü anılacaq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi ilə torpaqların işğaldan azad edərkən şəhid olmuş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad ediləcək.” Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.