Press "Enter" to skip to content

Birdəfəlik sosial ödənişlərlə bağlı yenilik

Son yeniləmə: 4 Noyabr 2021 12:47

Bayraqdar.info – Noyabrın 1-dən etibarən respublika üzrə birdəfəlik sosial ödənişlərlə bağlı yeni qayda tətbiq edilir.

Bu barədə bayraqdar.info-ya noyabrın 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, məcburi dövlət sosial sığortası vəsaiti hesabına sığortaolunanlara ödənilən birdəfəlik müavinətlər istisna olmaqla, bu katiqoriyaya aid olan dəfn üçün müavinət, uşağın anadan olmasına görə müavinət, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə müavinət, həmçinin radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət vətəndaşlara “Azərpoçt” vasitəsilə çatdırılacaq.

Yəni, vətəndaşlar həmin vəsaiti “Azərpoçt”un istənilən şöbə, filial və məntəqəsində əldə edə bilərlər.

 

Mission News Theme by Compete Themes.