Press "Enter" to skip to content

ABŞ-da türk əsilli şerif

Son yeniləmə: 4 Noyabr 2021 01:00

Bayraqdar.info – ABŞ-da noyabrın 2-də keçirilən yerli seçkilər çərçivəsində Falls Church şəhərinin şerifi də seçilib.

Türkiyə mətbuatının məlumatına görə, bu seçkilərin qalibi türk əslilli Metin Çay olub.

Bildirilir ki, bundan öncəki şerif 2020-ci ilin avqustunda yaş həddinə görə vəzifəsindən ayrılıb. Ondan sonra bu vəzifəni icra edən Metin Çay seçkilərə də rəqibsiz qatılıb.

Vurğuılanıb ki, 20 ilə yaxındır hüquq-mühafizə orqanlarında çalışan M.Çay 2003-cü ildən etibarən Falls Church şəhərində polis kimi fəaliyyət göstərir.

O, 2016-cı ilin oktyabrında Falls Church Polis Təşkilatında komissarın müavini vəzifəsainə təyin edilib.

Mission News Theme by Compete Themes.