Press "Enter" to skip to content

Zəfər Günü ilə bağlı Anadolu Universitetindən anlamlı qərar

Anadolu Universiteti

Son yeniləmə: 3 Noyabr 2021 18:04

Bayraqdar.info – Türkiyənin Eskişehir şəhərində yerləşən Anadolu Universiteti türk dünyası ölkələrinə, xüsusilə də Azərbaycana özəl diqqət ayırır. Bu günlərdə isə Anadolu Universitetinin Senatı ölkəmizlə bağlı iki mühüm qərar qəbul edib.

Bu barədə noyabrın 3-də universitetin rektoru, Prof. Dr. Fuat Erdal məlumat verib.

Anadolu Universiteti Azərbaycan proqramları çərçivəsində yeni dərs ilinin açılış törəninə onlayn formatda qatılan rektor universitetin Azərbaycanda Bakıdan sonra ikinci imtahan mərkəzini açmaq barədə qərar qəbul edilidyini bildirib. Senatın qərarına əsasən ikinci mərkəz Qarabağda açılacaq.

Anadolu Universiteti həmçinin, Azərbaycanın Zəfər Gününün birinci ildönümü münasibətilə daha bir anlamlı qərar qəbul edib. Qərara əsasən Vətən müharibəsinin davam etdiyi 44 günün simvolu olaraq Anadolu Universiteti 44 azərbaycanlı gəncə burs verəcək.

Mission News Theme by Compete Themes.