Press "Enter" to skip to content

Sidney metrosunda Zəfər Günü ilə bağlı bilbordlar

Bayraqdar.info – Avstraliyanın paytaxtı Sidney şəhərinin mərkəzində yerləşən “Central”, “Winyard” və “Town Hall” metro stansiyalarında 8 Noyabr – Zəfər Günü ilə bağlı bilbordlar yerləşdirilib.

Bu barədə bayraqdar.info-ya noyabrın 3-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Avstraliya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbərinin təşəbbüsü ilə əhalinin daha sıx hərəkət etdiyi üç stansiyada quraşdırılmış bilbordlarda al qırmızı lalələrin fonunda Xarı bülbülün, Şuşa qalasının və Azərbaycan bayrağının təsvirləri verilib. Bilborlarda eləcə də “Füsunkar Azərbaycan: Kəşf olunmamışı kəşf et” çağırışı yer alıb.

Bilbordlar şəhər sakinlərinin diqqətini cəlb edib.

Mission News Theme by Compete Themes.