Bayraqdar.info – Bakı şəhərindəki 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Qəhrəman ataların istedadlı övladları” adlı tədbir keçirilib.
Bu barədə bayraqdar.info-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Vətən müharibəsi şəhidlərinin ailələri və qaziləri, Bakı şəhər Təhsil İdarəsinin(BSTİ) müdiri Mehriban Vəliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Fatma İsgəndərova, “Adilə Əliyeva Assosiasiyası”nın prezidenti Adilə Əliyeva, “Hans Lucas” agentliyinin üzvü fotoqraf Maya Bağırovavə yerli ictimaiyyətin nümayəndələriiştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə şəhid övladlarının rəsm əsərləri nümayiş etdirilib. Sərgi Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının həyata keçirdiyi “Dünya Qarabağ şəhidlərinin və qazilərinin uşaqlarının gözü ilə” layihəsi çərçivəsində baş tutub.
Akril və yağlı boyalarla zəfər salnaməsini kətan üzərinə köçürən şəhid övladlarına BŞTİ-nin təşəkkürnamə və hədiyyələri təqdim olunub.
Tədbir şagirdlərin ifasında şeirlərin, mahnıların səsləndirilməsi və ədəbi-bədii kompozisiyanın təqdim olunması ilə davam edib.
Qeyd edək ki, “Dünya Qarabağ şəhidlərinin və qazilərinin uşaqlarının gözü ilə” layihəsinin koordinatorları Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova, Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov adına Assosiasiyanın prezidenti Əsmər Nərimanbəyova və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri incəsənət dərnəyinin rəhbəri, Rəssamlar İttifaqının üzvü Leyla Əliyevadır. Məqsədxalqımızın qəhrəman oğullarını bütün dünyaya tanıtmaq, vətənpərvərlik ruhunda yetişən şagirdlərin yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdir.
Şəhid övladlarının rəsm əsərləri Azərbaycan Rəssamlar İttifaqının xətti ilə dünyanın məşhur sərgi salonlarında nümayiş olunacaq.