Press "Enter" to skip to content

Prezident Bosniya və Herseqovinalı qonağı qəbul edib

Son yeniləmə: 3 Noyabr 2021 18:09

Bayraqdar.info – Prezident İlham Əliyev noyabrın 3-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçlə görüşüb.

Məlumatı Prezidentin Mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, Prezident Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçi salamlayıb:

“Çox şadam ki, VIII Qlobal Forumda iştirak edirsiniz. Biz dəfələrlə görüşmüşük. Həmçinin bu yaxınlarda telefonla tərəfdaşlıq, əməkdaşlıq və millətlər arasında sıx dostluq əlaqələri barədə danışmışıq. Ölkələrimiz hər zaman bütün məsələlərdə bir-birini dəstəkləyib. Demək olar 50 ildir ki, Bakı və Sarayevo qardaşlaşmış şəhərlərdir. Əminəm ki, Sizin səfəriniz siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıqla bağlı müxtəlif məsələləri müzakirə etmək üçün yaxşı fürsət olacaq.”

“Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç də öz növbəsində dəvətə və VIII Bakı Forumunda iştirak etmək və orada çıxış etmək imkanına görə təşəkkür edib. “Şəxsən Sizi Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə bir daha təbrik etmək istərdim. Siz beynəlxalq hüququn qaydaları çərçivəsində torpaqlarınızın azad edilməsi uğrunda müharibə aparmısınız və hazırda öz ərazinizin bir hissəsini yenidən qurmağa çalışırsınız. Mən hətta müharibə zamanı bu barədə dəfələrlə danışmışam. Ümidvaram ki, biz siyasi, iqtisadi, mədəniyyət məsələlərində əməkdaşlığımızı davam etdirəcəyik”, – deyə Ş.Caferoviç bildirib.

Mission News Theme by Compete Themes.