Press "Enter" to skip to content

Peru Konqresindən Azərbaycanla bağlı bəyanat

Bayraqdar.info – Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres ölkəmizlə bağlı bəyanat qəbul edilib.

Bu barədə bayarqdar.info-ya noyabrın 3-də ölkəmizn Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, bəyanat 18 oktyabr –Dövlət Müstəqilliyin Bərpası Günü ilə bağlı qəbul edilib.

Sənəddə 1918-ci ilin 28 may tarixində müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının yaradıldığı, iki il sonra isə ADR-in bolşevik işğalına məruz qaldığı, ancaq Azərbaycan xalqının öz tarixi dövlətçilik irsini unutmadığı və 1991-ci ildə ikinci dəfə müstəqillik əldə edərək özünü ADR-in varisi elan etdiyi bildirilir. Eyni zamanda bu ilin 18 oktyabrında “qardaş ölkə Azərbaycanın öz müstəqilliyinin bərpasının 30 illiyini qeyd etdiyi” söylənilir.

Bəyanatda Azərbaycanın 30 il ərzində öz müstəqilliyi və suverenliyini möhkəmləndirdiyi, habelə beynəlxalaq aləmdə müxtəlif din və mədəniyyətlərin birgə yaşayışı üçün model ölkə kimi qəbul edildiyi qeyd olunur.

Sonda Azərbaycan xalqına müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə səmimi təbrik ifadə edilir.

Mission News Theme by Compete Themes.