Son yeniləmə: 2 Noyabr 2021 23:40
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində yeni hökumətin qurulması və erkən seçimlə bağlı müzakirələr davam edir. Belə ki, Cümhurbaşqanı Ersin Tatardan yeni hökuməti qurmaq səlahiyyəti alan Ulusal Birlik Partiyasının genel başqanı Fazi Sucuoğlu noyabrın 2-də parlamentdə təmsil olunan bır çox partiyaları ziyarət edib.
KKTC mediasının məlumatına görə, ilkin olaraq Xalqın Pariyasını (HP) ziyarət edən F.Sucuoğlu sonra Toplumcu Demokratiya Partiyası (TDP), Demokrat Partiyası (DP) və Cumhuriyyətçi Türk Partiyasında (CTP) görüşlər keçirib. Bütün bu görüşlərdə növbədənkənar seçkinin qaçılmaz olduğu vurğulanıb.
Öz növbəsində hər hansı görüşə ehtiyac duymayan Yenidən Doğuş Partiyasının genel başqan Erhan Arıklı mövqelərinin bəlli olduğunu, yanvarın 9-dan gec olmamaq şərti ilə erkən seçimin keçirilməsi məsələsində UBP-yə dəstək verəcəklərini bəyan edib.
Yeri gəlmişkən, HP genel başqanı Kudret Özersayın açıqlaması əslində, görüş və müzakirələrin mümkün sonluğunun necə ola biləcəyinə aydınlıq gətirib.
UBP genel başqanı F.Sucuoğlu ilə görüşdən dərhal sonra BRT telekanalına açıqlama verən K.Özersay YDP ve müstəqil millət vəkillətinin kənardan dəstəyi ilə UBP-DP seçim hökumətinin qurulması istiqamətində ilkin razılığın əldə edilməsi üşün addımlar atıldığını hiss etdiklərini deyib: “Kənardan dəstək verməyə hazır olduğunu deyən cənab Erhan Arıklı, cənab Zaroğlu, HP-dən ayrılan üç millət vəkili, UBP, Serdar Denktaşın dəstəyi və DP ilə birlikdə 27 sayını əldə edə bilir. Cənab Sucuoğlunun bu modellə bağlı məsləhətləşmələr apardığını öyrəndik”.