Bayraqdar.info – Noyabrın 3-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin verdiyi xəbərə görə, sıra baxışı şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşib. Baxış zamanı əvvəlcədən verilmiş elana uyğun olaraq, Nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 237 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan da 75 nəfəri Vətən torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnən Müharibənin iştirakçıları olub.