Press "Enter" to skip to content

Çöl torpaq tədqiqatı işləri davam etdirilir

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən çöl torpaq tədqiqatı işləri davam etdirilir. Məqsəd torpaqların mövcud vəziyyətinin, münbitliyinin, şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələrinin müəyyən olunması, torpaqların səmərəli istifadəsinə nəzarət edilməsidir.

Bu barədə bayraqdar.info-ya noyabrın 3-də Nazirlikdən məlumat verilib.

Bildirilib ki, cari ilin aprel ayından başlanan irimiqyaslı çöl torpaq tədqiqatı işləri bugünədək Neftçalada 30 min 376 ha, Siyəzəndə7 min 382 ha, Şabranda 6 min 231 ha, Xızıda 37 min 279 ha, Qusarda 8 min 216 ha, Qubada 36 min 108 ha dövlət mülkiyyətində olan ərazilərdə aparılıb.

Şamaxının 30 min 514 ha, Qobustanın 32 min 828 ha, Sabirabadın 17 min 056 ha, Salyanın 40 min 625 ha və Zərdabın isə 10 min 060 hadövlət mülkiyyətində olan ərazilərində də irimiqyaslı çöl torpaq tədqiqatı işləri yekunlaşıb. İlin sonunadək Zərdab və Hacıqabul rayonlarının dövlət mülkiyyətində olan torpaqlarında tədqiqat işləribaşa çatdırılacaq. Ümumilikdə dövlət mülkiyyətində olan 256 min 675 hektar ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işləri tamamlanıb.

Görülən işlər çərçivəsində dövlət mülkiyyətində olan torpaqlarda yaranmış mövcud vəziyyət, baş vermiş dəyişikliklər müəyyən edilir, şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələri öyrənilir.

Tədqiqat zamanı həmçinin, aşkara çıxan qanunazidd fəaliyyət göstərən süni balıq gölləri, qış otlağı ərazilərinin qanunsuz olaraq əkin məqsədilə istifadə edilməsi və ərazilərdə qrunt suyunun səthə çıxması nəticəsində torpaqların yararsız vəziyyətə düşməsi halları ilə bağlı müvafiq qurumlara məlumatlar göndərilir.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən çöl torpaq tədqiqatı işləri ölkəmizin digər bölgələrində də davam etdiriləcək.

Mission News Theme by Compete Themes.